Wave® Professional Styles-ı təqdim edirik

Bu səhifə sizə Professional Styles sorğusuna necə yanaşmağı başa düşməyə kömək üçün tərtib olunub. Bu sorğu sizdən işdə mümkün davranışınız barədə məlumat verməyi xahiş edir. Tədqiqat göstərmişdir ki, Saville Assessment Wave® sorğuları iş yerində göstəricilərin və davranışın bir çox növlərinin yaxşı təxminçisidir.

Professional Styles-ın tamamlanması

Sorğu, bu bəyanatları ‘Qətiyyən razılaşmıram’ ilə ‘Tamamilə razılaşıram’ arasında doqquz ballıq şkalada qiymətləndirməyinizin xahiş olunduğu altı bəyanatdan təşkil edilmiş bloklardan ibarətdir. Lütfən hər bir bəyanat üçün müvafiq qiymətləndirməni seçməklə cavablarınızı daxil edin. Növbəti bloka keçmək üçün hər bir bəyanatı cavablandırmalısınız.

İki və ya daha çox bəyanata eyni qiymətləndirməni verdiyiniz zaman hansı bəyanatın sizə ən uyğun, hansı bəyanatın ən az uyğun olduğu soruşula bilər.

Professional Styles-a necə yanaşmalı

  • “Qətiyyən razılaşmıram”dan “Tamamilə razılaşıram”a qədər qiymətləndirmə şkalasında müxtəlif cavablardan istifadə etməyə çalışın.
  • Bəzi bəyanatlar nəyi yaxşı bacardığınız haqqındadır, digərləri isə nədən zövq aldığınızı və ya nəyi tərcih etdiyinizi təsvir edir. Lütfən, hər bir bəyanatı diqqətlə oxuyun.
  • Xahiş edirik, mümkün qədər doğrucul olun. Heç bir cavab düzgün və ya yanlış deyil; iş rolları bir-birindən fərqlidir və hər bir işdə effektiv olmanın bir çox üsulu var.
  • Cavablarınızın etibarlılığını yoxlamaq məqsədilə sorğuya yoxlamalar daxil edilib. Cavablarınız həmçinin toplanmış digər məlumatlarla müqayisə edilib yoxlanıla bilər.
  • Sorğunu tamamlamazdan öncə öz iş üslubunuz barədə düşünməyiniz faydalı ola bilər. Eləcə də digər şəxslərdən öz iş üslubunuz barədə aldığınız rəyləri nəzərə almaq faydalı ola bilər.
  • Mümkün olduğu qədər iş nöqteyi-nəzərindən çavab verməyə çalışın.
  • Siz sorğunu ayıq-sayıq və kənar müdaxilələrin olmadığı zaman daha yaxşı tamamlaya bilərsiniz.
  • Əgər sizin hər hansı xüsusi tələbləriniz varsa, müvafiq tədbirlərin görülməsinə şərait yaratmaq üçün bu tələblərinizi dərhal bildirməyiniz vacibdir.